Rubrika| Maarifləndirmə| Artıq mobil telefon şəbəkələri “qanla yazılmış” qaydalar yaradır

2023/05/1684142016.jpg
Oxunub: 4288     16:18     15 May 2023    
Debaltsev şəhərinin şərqini rusiyapərəst qüvvələrdən müdafiə edən ukraynalı çağırışçı Viktor Kovalenko daimi göstərişlərə baxmayaraq bir dəfə sığınacaqdan çıxıb və həyat yoldaşına zəng etmək üçün telefonunu aktivləşdirib. “Tezliklə ətrafımda mərmilər partlamağa başladı”, - deyə o xatırlayır. Oxşar hücumlar nəticəsində onun taborunun bir çox hərbçisi həlak olub.

“2015-ci il idi və düşmən artilleriya atəşini mobil telefonlara yönəltməyi öyrənirdi. O vaxtdan bəri cəbhə xəttində telefon istifadəsi kəskin şəkildə azaldı, lakin hələ də davam edir”, - deyə Ukrayna ordusunun kapitanı Voldimir Fitio etiraf edib.

Mobil telefonlar hərbçilər üçün dilemma yaradır. Smartfon qadağası orduda işə qəbula və hərbçilərin əhval-ruhiyyəsinə zərər verə bilər. NATO-nun Litvadakı qoşunlarının keçmiş komandanı, polkovnik-leytenant Rouven Habel deyir ki, tək bir mobil telefon “qaranlıqda atəş kimi” böyük əməliyyata xəyanət edə bilər.

Telefonlar başqa təhlükələr də yaradır. Bəzi texniki nou-hau ilə mobil telefonlara “dəqiq təbliğat” mesajı göndərilə bilər. Belə mesaj Ukrayna əsgərlərinə də göndərilirdi: “Aertilleriya atəşi xoş idi?”, “Güllənizə qəpik-quruş ödənilərkən ailənizi kim qarət edir?” və s. Bu cür mətnlər əsgərlərin “psixoloji vəziyyətini pozmağa yönəlib.

Alyansın Estoniyanın paytaxtı Tallinndəki Kooperativ Kibermüdafiə Mükəmməllik Mərkəzinin komandiri Mixael Vidmann deyir ki, NATO qoşunları arasında ən çox Rusiyaya yaxın olan birliklər bu “psixoloji əməliyyat” mətnlərini alırlar. Əsgərlərin xəyanət etdiyi və ya yaralandığı barədə onların yaxınlarına yalan məlumatlar göndərilir. Vidman dünyanın ən böyük hərbi kiber təlimi olan NATO-nun “Locked Shields 2021” təlimlərinə rəhbərlik edib. Buraya iştirakçıların mobil telefonlarının sındırılması da daxildir.

Digər təhlükə PUA-larda yerləşdirilə və ya avtomobillərdə gizlədilə bilən portativ dinləmə cihazlarıdır. Bu IMSI ələ keçirən cihazlar (Beynəlxalq mobil abunəçi identifikasiyası - IMSI) mobil abunəçi məlumatlarını ələ keçirdikləri üçün yaxınlıqdakı mobil telefonları məlumat mübadiləsi ilə aldadırlar. İnformasiya əməliyyatları üzrə ekspertlər bildirir ki, Müdafiə Nazirliyinin yaxınlığında park edilmiş düşmən maşını rəsmilərin mobil telefonlarından məlumatları ələ keçirə bilər.

Əsgərlər həmçinin casus proqramı yükləyən linklərə daxil olaraq və videolara baxaraq tora düşə bilərlər. Özlərini ehtiraslı qadın kimi təqdim edən hakerlər bu hiylədən istifadə edərək Qəzza yaxınlığındakı İsrail əsgərlərinin smartfonlarına virus yoluxdurublar. Problemi həll etmək üçün İsrail Müdafiə Qüvvələri tərəfindən Rusiyanın “Kaspersky Lab” təhlükəsizlik şirkəti ilə əməkdaşlıq edilib. Layihə üzərində işləyən bir tədqiqatçı deyir ki, o, İsrail əsgərləri arasında 50-dən çox virusa yoluxan mobil telefon tapıb.

Casus proqramlar tətbiqlərdə də gizlənə bilər. Bəzilərində zərərli kod tərtibatçının xəbəri olmadan tətbiq edilib. Amerikanın “CrowdStrike” şirkəti Rusiya hərbi kəşfiyyatına məlumat ötürə biləcək bir neçə “trojanlaşdırılmış” proqram aşkar edib. Komandir Vidmann hədəfi yaxşılaşdırmaq üçün Ukrayna artilleriya qrupları tərəfindən qısa müddətə istifadə edilən proqramın “dəhşətli nəticələri” olduğunu qeyd edir. Proqram gizli şəkildə istifadəçilərin yerlərini Kremlyönlü qüvvələrə ötürüb.

Rusiya mənşəli “Yandex.Taksi” adlı taksi proqram diqqət çəkib. Litvanın keçmiş müdafiə nazirinin müavini Edvinas Kerza deyir ki, casuslar mikrofon məlumatlarına daxil olmaq üçün ondan istifadə edə bilərlər. Amerika hökuməti əsgərlərinə proqramı yükləməməyi tapşırıb. “Yandex.Taksi” isə iddianı rədd edir.

Məlumatlar bəzən zərərçəkənlərin bilmədən, köməyi olmadan smartfonlardan oğurlana bilər. “Kölgə firmalar” buna imkan verən “sıfır klik” kodu satırlar. Vəziyyəti daha da pisləşdirmək üçün müdaxilə etmək (hacking) həmişə lazım deyil. NATO-nun Rukla bazasında xidmət edən kibermüharibə zabiti deyir ki, telekommunikasiya işçiləri abunəçilərin telefonlarına giriş təmin etmək üçün müdaxilə edə bilər.

Zəngləri kəsən düşmən müxtəlif ifadələr yaratmaq üçün danışıqları yenidən təşkil edən proqram təminatı ilə səsləri “klonlaya” bilər. Bu halda, orijinal görünən saxta əmrləri ötürmək çətin olmayacaq. NATO əmrləri mobil telefonlara göndərilmir, lakin bu hiylə çaşqınlıq yarada bilər. İsveç öz vətəndaşlarına bildirib ki, ölkəyə hücum ediləcəyi təqdirdə müqaviməti dayandırmaq üçün verilmiş istənilən əmr saxta hesab olunacaq.

NATO-da təhdidlər üzrə keçmiş rəhbəri Sorin Dukaru deyir ki, smartfonlar problemə çevrilib. Yalnız 1991-ci ildə sovet vassallığından xilas olmuş Baltikyanı ölkələr olan Estoniya, Latviya və Litva xüsusilə narahatdır. Onların hökumətləri mobil telefonların necə istifadə oluna biləcəyi və istifadə edilməməsi ilə bağlı ciddi qaydalar hazırlayıb. Latviya Xarici İşlər Nazirliyi Ukraynada əldə edilmiş dərslərə istinad edərək bu qaydaları “qanla yazılmış” kimi təsvir edir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Rubrika   Smartfonlar  


Bizi "telegram"da izləyin